Sabiq deputatı və qardaşını güllələdilər - VİDEO
![Sabiq deputatı və qardaşını güllələdilər - VİDEO Sabiq deputatı və qardaşını güllələdilər - VİDEO](https://azvision.az/photos/2023/04/2023-04-16T080834Z_466875493_RC2BF0AF3TN1_RTRMADP_3_INDIA-POLITICS-CRIME-pic_32ratio_900x600-900x600-41829-1681659292.jpg)
"Onlar səsyazma bəhanəsi ilə Atik və qardaşına yaxınlaşıb, yaxın məsafədən atəş açmağa müvəffəq olublar. Hər ikisi də başından güllə yarası alıb. Hər şey saniyələr ərzində baş verib".
Atışmadan sonra hücum edənlər polisə təslim olub və saxlanılıb. Atik Əhməd Uttar Pradeşdəki Phulpur seçki dairəsi üzrə keçmiş parlament üzvü idi.
Onun barəsində 90-dan çox cinayət işi, o cümlədən adam öldürmə, adam oğurluğu və hədə-qorxu ilə tələb etmə maddələri ilə başlanıb. O, 2018-ci ildə Allahabad Universitetinin professoruna hücum etməkdə də ittiham olunub.
2019-cu ildə 60 yaşlı Atik Əhməd 2005-ci ildə bir deputatın qətlində ona qarşı şahid qismində ifadə verən vəkil Umeş Palı oğurlamaqda təqsirli bilinərək həbs edilib.
Hücumdan sonra səlahiyyətlilər, Prayagrac şəhərində dörd nəfərdən çox insanın toplaşmasına ştat miqyasında qadağa qoyub, həmçinin mobil telefonlarda internetə çıxışı kəsib.
Hökumət həmçinin məhkəmə araşdırması sifariş verib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: