Ermənistanda qatar relsdən çıxdı, ağır yaralılar var

   Ermənistanda qatar relsdən çıxdı,    ağır yaralılar var
  16 Aprel 2023    Oxunub:1487
Ermənistanda yük maşını ilə toqquşma nəticəsində elektrik qatarı relsdən çıxıb, xəsarət alanlar var. Bu barədə Cənubi Qafqaz Dəmir Yolu Şirkətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hadisə şənbə günü axşam saatlarında Qarakert-Dalarik küçəsində mühafizə olunmayan keçiddə baş verib.

“Aprelin 15-də saat 19.00 radələrində Gümrü-İrəvan marşrutu ilə hərəkət edən Cənubi Qafqaz Dəmir Yolu şirkətinin elektrik qatarı müəyyən edilməmiş qaydada dəmir yolu relslərindən keçən FAW markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində yük maşınının sürücüsü və sərnişini xəsarət alıb.

Qeyd olunur ki, elektrik qatarı relsdən çıxıb və şirkətə ciddi ziyan dəyib, miqyası hələ qiymətləndirilməyib.

Hərəkət bir neçə saat dayandırılıb ki, bu da qatarların hərəkət qrafikinin pozulmasına səbəb olub. İstintaq orqanları ağır nəticələrə səbəb olan qəza ilə bağlı cinayət işi açıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti