Türkiyə səfiri bayraq vandallığı və hərbçimizə qarşı işgəncəni qınayıb

   Türkiyə səfiri bayraq vandallığı və hərbçimizə qarşı işgəncəni qınayıb
  15 Aprel 2023    Oxunub:1230
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb.
AzVision.az xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.

O, ötən gün Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasını qınayıb: "Son günlərdə Ermənistanın nümayiş etdirdiyi davranışlar, dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə qarşı işgəncə də qəbuledilməzdir".


AzVision.az



Teqlər: Səfir  





Xəbər lenti