![]() |
Hekimyan: "Bayraq yandıransız da yarış təşkil etmək olardı" |
![](https://azvision.az/photos/2023/04/zxxzz-1681549437.jpg)
Bundan başqa, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, deputat Arpi Davoyan da bu vandal əmələ haqq qazandırmayıb: “Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə biz illərlə geri düşmüşük”.
O həmçinin vurğulayıb ki, "Əgər bayrağın yandırılması qəhrəmanlıqdırsa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın”.
![](https://azvision.az/photos/2023/04/1681551593.jpg)
Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Ovik Ağazaryan da İrəvanda bayrağımızın yandırılması ilə bağlı insidentə münasibət bildirib. "Hraparak" xəbər verir ki, o sosial şəbəkələrdə paylaşım edərək bu vandal əmələ görə üzr istəyib: “Bir vətəndaş və deputat kimi bu cür vandalizmin qarşısını almaq üçün əlimdən gələni etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm”.
Erməni deputat həmçinin qeyd edib ki, məlum insidentə görə utanc hissi keçirir.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandallığı yaşanıb. Aram Nikolyan adlı İctimai televiziyanın əməkdaşı bayraqdarın əlindən Azərbaycan bayrağını alaraq yandırıb. Bu da azmış kimi polis bölməsinə aparılan Nikolyan heç nə olmamış kimi sərbəst buraxılıb
Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.
Tural Tağıyev
AzVision.az