Azərbaycan bayrağını yandıran erməni sərbəst buraxılıb

   Azərbaycan bayrağını yandıran erməni sərbəst buraxılıb
  15 Aprel 2023    Oxunub:2139
Ötən gecə İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan sərbəst buraxılıb.
AzVision.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, A.Nikolyanın vəkili Aleksandr Koçubayev ona qarşı heç bir ittiham irəli sürülmədiyini deyib.

O iddia edib ki, istintaqın ilkin mərhələsində işdə “cinayət tərkibinin olmadığı” məlum olub.
Azərbaycan bayrağını yandıran erməniyə cinayət işi açıldı

Qeyd edək ki, ötən gün Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra tədbirin təşkilatçılarından olan dizayner Aram Nikolyan səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

Xatırladaq ki, daha əvvəl A. Nikolyanla bağlı cinayət işinin açıldığı bildirilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti