Yaponiyanın Baş nazirinə tüstü bombası atılıb
Hakim Liberal Demokrat Partiyasının seçkiqabağı təşviqat kampaniyasında iştirak edən Baş nazirə tüstü bombası atılıb. Baş nazir dərhal ərazidən uzaqlaşdırılıb.
Həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Yaponiyanın sabiq baş naziri Şinzo Abe də seçkiqabağı təşviqat kampaniyası zamanı sui-qəsd nəticəsində qətlə yetirilmişdi.
AzVision.az
Teqlər: