Fransa konstitusiyası təsdiqlədi: Pensiya yaşı 64-ə qaldırılır

   Fransa konstitusiyası təsdiqlədi:    Pensiya yaşı 64-ə qaldırılır
  14 Aprel 2023    Oxunub:2410
Fransanın Konstitusiya Şurası 2030-cu ilə qədər Fransada pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatı qanun layihəsinin əsas maddəsini təsdiqləyib.
Bu barədə BFMTV kanalı qurumun qərarına istinadən xəbər verir.

"Fransa Konstitusiya Şurası pensiya yaşının 64 yaşa qaldırılmasını nəzərdə tutan pensiya islahatı haqqında qanun layihəsinin əsas maddəsini təsdiq edib, eyni zamanda qanun layihəsinin bir sıra digər maddələrini rədd edib", - BFMTV qurumun qərarına istinadən xəbər verir.

Şura digər məsələlərlə yanaşı, yaşı 55-dən yuxarı olan vətəndaşları işə götürməkdən imtina edən müəssisələr üçün cərimələrin tətbiqi ilə bağlı bəndi rədd edib.

Fransanın baş naziri Elizabet Bornun martın 16-da konstitusiyanın 49.3-cü bəndindən istifadə edərək ölkənin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini parlamentdə səsə qoymadan qəbul etməsi ölkədə etirazlara səbəb olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti