Danimarka səfiri Türkiyə XİN-ə çağırıldı

   Danimarka səfiri Türkiyə XİN-ə çağırıldı
  14 Aprel 2023    Oxunub:1273
Danimarka səfiri “Quran və Türkiyə bayrağına qarşı təxribat”la bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, diplomata etiraz edilib.
"Bu gün (14 aprel) Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən iyrənc hücumu pisləyirik. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, söz azadlığı adı altında bu iyrənc hücumlara icazə verilməsi qəbuledilməzdir", -nazirliyin bəyanatında bildirilib.

Nazirlik qeyd edib ki, Ankaranın bu məsələ ilə bağlı mövqeyi səfirin diqqətinə çatdırılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti