Paşinyana çətir atan qadına qarşı ittiham irəli sürülüb - İstintaq Komitəsi
![Paşinyana çətir atan qadına qarşı ittiham irəli sürülüb - İstintaq Komitəsi Paşinyana çətir atan qadına qarşı ittiham irəli sürülüb - İstintaq Komitəsi](https://azvision.az/photos/2023/04/1681145770_1c65c01004714c0909a476001bc7f632-1681483329.jpg)
"Aprelin 10-da Vayots Dzor (Dərələyəz mahalı – red.)vilayətinin Malışka kəndində şəxsi evin həyətində 47 yaşlı qadın Ermənistan hökumətinin başçısına çətir atıb. Baş nazirin mühafizəçiləri qadını hadisə yerindən uzaqlaşdırıblar".
O, saxlanılaraq ibtidai istintaq orqanına aparılıb. Daha sonra Ermənistan Cinayət Məcəlləsinin 44-452-ci (vəzifəli şəxsin xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə ona qarşı zor tətbiq etməyə cəhd) maddəsi ilə iş başlanıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: