Lavrov ABŞ-a viza ala bildi

 Lavrov ABŞ-a viza ala bildi
  14 Aprel 2023    Oxunub:1283
ABŞ aprelin sonunda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclaslarında iştirak etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətinə viza verib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-in məlumatında əlavə edilib ki, diplomatlardan fərqli olaraq ABŞ iclasın işini işıqlandıracaq jurnalistlərə viza verməyib.

"“Lakin BMT Təhlükəsizlik Şurasındakı nümayəndə heyətimizin işini işıqlandırmalı olan rusiyalı jurnalistlərə vizaların verilməsi ilə bağlı dalana dirənib”, - Rusiya XİN əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti