Erməni deputat: "Azərbaycanlı əsgərlə bağlı insident biabırçı hadisədir"

      Erməni deputat:    "Azərbaycanlı əsgərlə bağlı insident biabırçı hadisədir"
  14 Aprel 2023    Oxunub:1470
Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Qeqam Manukyan maraqlı açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, jurnalistlərlə söhbətində Azərbaycan əsgərinin Ermənistan ərazisində aşkarlanması hadisəsini ölkəsi üçün biabırçı və misilsiz insident adlandırıb.

Azərbaycanlı əsgərlər Ermənistan MTX-ya verilib
Deputat hələ də anlaya bilmir ki, Azərbaycan əsgəri Ermənistanda üç gün necə gözə dəyməyib.

"İnanmaq çətindir ki, Azərbaycan əsgəri üç gün ərzində Ermənistan ərazisində diqqətdən kənarda qalıb və Sisiandan Kafana gedə bilib. Bu hadisə özlüyündə görünməmiş və biabırçı olaydır", - o, brifinqdə qeyd edib.

Onun fikrincə, daha çox biabırçılıq isə Ermənistanın baş naziri Nikol Paşinyanın hərbçinin geri qayıtması ehtimalını istisna etməməsi və baş verənlərlə bağlı öz versiyasını təqdim etməsidir: "Paşinyan ibtidai istintaq, kəşfiyyat və əks-kəşfiyyat orqanlarının vəkili səlahiyyətlərini öz üzərinə götürərək, əsgərin mümkün qayıdışını izah etməyə çalışıb".

Qeyd edək ki, Manukyan daşnakdır və Azərbaycana qarşı sərt, revanşist açıqlamaları ilə seçilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat   Əsgər  





Xəbər lenti