Ermənistan sərhəd qoşunlarının komandanı Dığ təxribatına görə qovulub?
![Ermənistan sərhəd qoşunlarının komandanı Dığ təxribatına görə qovulub? Ermənistan sərhəd qoşunlarının komandanı Dığ təxribatına görə qovulub?](https://azvision.az/photos/2023/04/jjjjjj-1681466896.jpg)
O qeyd edib ki, rəsmi araşdırmanın nəticələrindən sonra Maralçyanın işdən çıxarılmasının Dığ kəndində baş verən hadisə ilə bağlı olub-olmaması bəlli olacaq. Eyni zamanda, komissiya rəhbəri bunun MTX-də adi kadr dəyişikliyi prosesi ilə də əlaqəli olmasını da istisna etməyib.
"O, mənəvi və peşəkarlıq baxımdan yüksək səviyyəli zabitdir. Onun işdən çıxarılmasının Dığda baş verən insidentlə nə dərəcədə bağlı olduğunu daxili araşdırma göstərəcək. Ola bilsin ki, bu, müəyyən dərəcədə bağlı olsun. Həmçinin əksi də mümkündür", - Köçəryan deyib.
Qeyd edək ki, Maralçyan Dığ kəndində baş verən hadisədən dərhal sonra vəzifədən azad edilib. Onun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan