![]() |
Kremlin “üçlü ittifaq” ideyası niyə alınmadı? |
Yaponiya ilə Cənubi Koreyanın əməkdaşlığa sövq edən iki amil var. Birinci amil Şimali Koreyanın nüvə başlıqlı raketlərin sayını artırması və bölgədə sınaqların sayını çoxaltmasıdır. Bu həm Cənubi Koreyaya, həm də Yaponiyaya ciddi təhlükə yaradır. İkinci amil Çinin bölgədə artan hərbi gücüdür. Cənubi Koreyanın Yaponiya ilə yaxınlaşmasını Vaşinqtonla yanaşı Ottava da dəstəkləyir. May ayında Yaponiyanın Xirosimo şəhərində “böyük yeddilərin” sammiti keçiriləcək. Tokio sammitə Cənubi Koreyanın liderini də dəvət etməyi planlaşdırır. Bu sammitdə Ottava ilə Vaşinqtonun yeni birliyin yaradılması mövzusu da müzakirə olunacaq. Bu təklif dəstəklənsə də, reallaşması üçün zaman lazımdır.
Ottava ilə Pekinin münasibətləri 2018-ci ildən gərginləşib. Həmin ildə Kanadanın Vankuver şəhərində Çinə məxsus “Huawei Technologies” şirkətinin maliyyə direktoru həbs olunub. Çin vətəndaşının ABŞ-ın İrana qarşı sanksiya əleyhinə fəaliyyət göstərdiyi bildirilmişdi. Pekin buna cavab olaraq Kanadanın Çindəki iki iş adamını həbs etdi. Bundan sonra həbs olunan şəxslərin hamısı azad olundu və öz ölkələrinə qayıtdılar. Ancaq bu Kanada ilə Çin arasında münasibətlərin normallaşmasına şərait yaratmadı. Kanada ötən ildən başlayaraq Asiya və Sakit okean bölgəsində Çinə qarşı daha fəal siyasət yürütmənin vacibliyini irəli sürüb. Kanada bölgə ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirməklə yanaşı, Çinə müqavimət göstərən ölkələrə hərbi dəstəyi artırmağı da qərarlaşdırıb.
“Atlas” Araşdırmalar Mərkəzi
AzVision.az