"Seçkilər ölkəmizin gələcək yarım əsrini müəyyən edəcək" - Ərdoğan
!["Seçkilər ölkəmizin gələcək yarım əsrini müəyyən edəcək" - Ərdoğan "Seçkilər ölkəmizin gələcək yarım əsrini müəyyən edəcək" - Ərdoğan](https://azvision.az/photos/2023/04/1681402127.jpg)
Prezident Ərdoğan çıxışında “Məqsədimiz 650 min yeni mənzil və kənd evi tikərək şəhərlərimizi normal həyata qaytarmaqdır”, - deyib.
Onun sözlərinə görə, həmin evlərdən 319 mini bir il ərzində təhvil veriləcək:
“Biz ilk növbədə kiçik sənaye sahələrində 6 min iş yeri yaradıb təhvil verəcəyik. Malatyada 70 min mənzil və 25 min 300 kənd evi tikməyi planlaşdırmışıq”.
Ölkə başçısı qarşıdan gələn prezident seçkiləri barədə isə bunları deyib:
"Türkiyə tarixi bir seçki yaşayacaq. Bu seçkilər ölkəmizin və millətimizin təkcə önümüzdəki 5 ilini deyil, həm də gələcək yarım əsrini müəyyən edəcək".
AzVision.az
Teqlər: