Le Pen: "Ukrayna NATO olmadan qalib gəlməyəcək"

      Le Pen:    "Ukrayna NATO olmadan qalib gəlməyəcək"
  13 Aprel 2023    Oxunub:1061
Fransa parlamentində təmsil olunan ifrat sağçı "Milli birlik" partiyasının fraksiyasının lideri Marin Le Pen diqqət çəkən açıqlama verib. AzVision.az xəbər verir ki, o, İspaniyanın Pais qəzetinə müsahibəsində "Ukrayna NATO olmadan Rusiyanı məğlub etməyəcək" deyib.
Siyasətçinin fikrincə, Ukraynanın qələbəsi yalnız NATO-nun münaqişəyə qatılması fonunda mümkün olacaq. Le Pen xüsusi olaraq vurğulayıb ki, bu cür gediş üçüncü dünya müharibəsinin başlanması deməkdir.

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkələrdə növbəti dəfə “üçüncü dünya müharibəsi”nin başlaya biləcəyinə işarə vurmuşdu. Tramp deyib ki, Baydenin siyasəti səbəbindən bəşəriyyət üçüncü dünya müharibəsi astanasındadır. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə onun fikirləri ilə razılaşıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   NATO  





Xəbər lenti