İşçi müdirini yanğınsöndürən balonla öldürmək istədi

İşçi müdirini yanğınsöndürən balonla öldürmək istədi
  13 Aprel 2023    Oxunub:957
Yaponiyada "Konami Digital Entertainment"in əməkdaşı müdirini yanğınsöndürən balonla öldürməyə cəhd edib.
Bu barədə "Sora News" yazıb. Qeyd olunub ki, 41 yaşlı Hiroki Yamazaki ofisdən yanğınsöndürən balon götürərək, mübahisə etdiyi müdirinin otağına gedib, sonra isə ağır əşya ilə onun başına zərbə endirib. Digər işçilər səs-küyə qaçaraq qətlin qarşısını ala biliblər. Müdir başından xəsarət alıb və həyati təhlükəsi yoxdur. İşçi isə adam öldürməyə cəhdə görə həbs edilib.

Polis əlavə edib ki, Yamazaki və xəsarət alan şəxs 2020-ci ilin avqust ayına qədər eyni komandada çalışıblar, aralarındakı pis münasibətlər Hirokinin başqa şöbəyə köçürülməsinə səbəb olub. Yamazaki müdirini öldürmək istədiyini etiraf edib. Şirkətdən bildirilib ki, Hiroki hadisədən sonra işdən çıxarılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti