Ermənistanda su böhranı: Paşinyan qənaət etməyi tapşırdı

      Ermənistanda su böhranı:    Paşinyan qənaət etməyi tapşırdı
  13 Aprel 2023    Oxunub:1279
"İldən-ilə suya qənaət daha çox aktuallaşacaq, həm kommunal xidmətlər, həm də suvarma müəssisələri buna hazır olmalıdır". AzVision.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin iclasında deyib.
Onun sözlərinə görə, su qıtlığı bütün dünyada hiss olunacaq və Ermənistan da istisna olmayacaq.

"Suya qənaət daimi və ümumi olmalıdır: gündəlik həyatda, kənd təsərrüfatında, sənayedə. Respublikada kiçik su anbarları da tikilir və bu işi davam etdirmək lazımdır",- Paşinyan əlavə edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti