Bayden Si Cinpinlə 87 saatdan çox vaxt keçirib

   Bayden Si Cinpinlə 87 saatdan çox vaxt keçirib
  13 Aprel 2023    Oxunub:1584
ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpinlə 87 saatdan çox vaxt keçirdiyini deyib. Oun hesablamalarına görə, bu, "son on ildə" digər ölkələrin liderlərindən qat-qat çox vaxtdır.
Amerika prezidenti həmçinin hesablayıb ki, o, eyni vaxtda Si Cinpinlə Çində səyahət edərkən 17 min mil (27 min kilometrdən çox) məsafə qət edib.

Ağ Ev administrasiyasının əməkdaşı Baydenin kilometrdən danışmasına belə aydınlıq gətirib: "ABŞ prezidenti kilometrlərdən danışarkən həm ABŞ, həm Çin daxilində, həm də beynəlxalq səviyyədə görüşlərdə geriyə-irəli səfərlərin ümumi sayını nəzərdə tutub.

Bayden Çin lideri ilə Tibet Yaylasında baş verən bir söhbəti də xatırlayıb. Si Cinpin Baydendən Amerikanın nə olduğunu müəyyənləşdirməyi xahiş etdikdə, ABŞ lideri bir sözlə cavab verdi: “imkanlar”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti