"Zəlzələ bölgəsində tikilən ilk evlər bayramda təhvil veriləcək" - Ərdoğan

   "Zəlzələ bölgəsində tikilən ilk evlər bayramda təhvil veriləcək" -    Ərdoğan
  12 Aprel 2023    Oxunub:3541
Türkiyənin zəlzələ bölgəsində tikilən ilk evləri Ramazan bayramında təhvil veriləcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələrin olduğu 11 bölgənin bələdiyyələri, axtarış-xilasetmə qrupları və zərərçəkənləri ilə görüşdüyü iftar süfrəsində deyib.

"Qaziantep Nurdağı və Kahramanmaraş Türkoğlunda ilk kənd evlərini Ramazan bayramında təhvil verəcəyik”.

Ərdoğan əlavə edib ki, zəlzələdən sonrakı 66 gün ərzində Malatyada 100 min evin tikinti prosesinə başlanılıb və may ayının sonuna qədər bu rəqəm 319 minə çatdırılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti