Putin Avstriyaya getsə həbs ediləcək

   Putin Avstriyaya getsə həbs ediləcək
  12 Aprel 2023    Oxunub:1101
Vyana Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarına əməl edəcək və Rusiya prezidenti Vladimir Putin Avstriyaya səfər edəcəyi təqdirdə onu həbs edəcək.
AzVision.az xəbər verir ki, bunu Avstriyanın Avropa İttifaqı və Konstitusiya üzrə naziri Karolina Edtstadler Rusiya Federasiyasının yurisdiksiyasını tanımadığı İCC-nin orderini şərh edərkən deyib.

“Avstriya beynəlxalq və cinayət hüququ üzrə öhdəliklərinə əməl edəcək. Mən bir vaxtlar mülki işimdə cinayət hakimi olmuşam. Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən beynəlxalq orderin verilməsi o deməkdir ki, o (Vladimir Putin - red.) Avstriya torpağına qədəm qoyarsa, həbs olunmalıdır”.

Qeyd edək ki, Rusiyanın yurisdiksiyasını tanımayan İCC-nin məhkəməyə qədərki palatası martın 17-də Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.

AzVision.az


Teqlər:





Xəbər lenti