"Azərbaycanlı hərbçilərin "ərazimiz"dən çıxarmağın bir yolu varmı?" sualına hakim partiyadan olan deputatı belə cavab verib: “Biz 2 saat ərzində ölümcül əməliyyatlar apardıq, nəticəsini də gördünüz. Nə vaxtsa resurslarımız olsa, bəli, o zaman biz azərbaycanlıları bu ərazidən çıxara biləcəyik. Onları ərazidən uzaqlaşdırmaq olar. Amma bu, eskalasiyaya və genişmiqyaslı müharibəyə çevriləcək. Bizim nə qədər resurslarımızın olması sirr deyil və belə genişmiqyaslı müharibə zamanı müqavimət göstərə biləcəyikmi? Ümumiyyətlə buna nə qədər gücümüz çatacaq? Ordumuzun ərazidə əməliyyatla bağlı qətiyyən problemi yoxdur, o, hamını oradan bir saata çıxara bilər. Amma gələcək, sonrakı proseslər nəzərə alınmalıdır...”, - Xaçatryan bildirib.
![]() |
Nazirdən Ermənistana xəbərdarlıq: "Cavabımız çox ağır olacaq" |
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Tural Tağıyev
AzVision.az