İranın keçmiş prezidenti Ruhani aktiv siyasətə qayıdır

   İranın keçmiş prezidenti Ruhani aktiv siyasətə qayıdır
  12 Aprel 2023    Oxunub:1001
İranın keçmiş prezidenti Həsən Ruhani 2024-cü ildə respublikada keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi mənbələrə istinadən yazıb.

Agentliyin məlumatına görə, eks-dövlət başçısı aktiv siyasət sferasına qayıtmaq qərarına gəlib və islahatçıları seçkilərə aparacaq.

Bildirilib ki, Ruhaninin qayıdışı ilə bağlı ilk addımlarından biri onun xatirələrinin nəşri olacaq. Siyasətçi həmçinin, xüsusilə xarici siyasət yolu ilə bağlı sualları cavablandırmaq üçün bir sıra planlaşdırılmış görüşlər keçirməyi planlaşdırır.

Eyni zamanda, agentliyin mənbəsi iddia edir ki, Ruhaninin komandası siyasətçinin dəstəyə arxalana biləcəyi seçki bloklarının siyahısını nəzərə alaraq ona proqram hazırlayır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti