ABŞ Lavrova viza vermədi

   ABŞ Lavrova viza vermədi
  12 Aprel 2023    Oxunub:1142
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə hələ görüşməyib. RİA Novosti xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ikitərəfli görüşün təşkilindəki çətinlikləri izah edib.
“Amerika tərəfi nümayəndə heyətimizin nümayəndələrinə viza belə verməyib. Belə ki, texniki məsələ həll olunmadıqca hansı görüşlərdən danışa bilərik”,- o deyib.

Qeyd olunur ki, Rusiya nümayəndə heyətinin BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakı üçün viza məsələsi hələ də həllini tapmayıb.

Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Lavrov BMT-nin mənzil-qərargahına səfər edəcək və aprelin 24-də və 25-də Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti