Ermənistanda korrupsiya təkcə rüşvət deyil...- Paşinyan
![Ermənistanda korrupsiya təkcə rüşvət deyil...- Paşinyan Ermənistanda korrupsiya təkcə rüşvət deyil...- Paşinyan](https://azvision.az/photos/2023/04/Screenshot_2-1681290956.jpg)
“Cəmiyyətimizdə korrupsiyanın bu növü kök salıb və ilk növbədə vətəndaşların maarifləndirmə və şüur səviyyəsini yüksəltmək lazımdır. Bu hadisələrin ölkə üçün mənfi nəticələrini dərk etmək vacibdir”, - o bildirib.
Paşinyanın sözlərinə görə, ekspertlərin və biznes qurumlarının sorğularına əsaslanan beynəlxalq indekslərə əsasən, Ermənistanda korrupsiya davam edir. Ona görə də nə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi, nə də digər dövlət qurumları bununla mübarizədə rahatlaşa bilmir.
O qeyd edib ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası yaradıldıqdan sonra vəzifəli şəxslərin əmlakının təhlili daha da dərinləşib, hazırda onların əmlakı ilə gəlirlərinin uyğunluğu daha hərtərəfli yoxlanılır.
Qeyd edək ki, Paşinyan 2019-cu ildən komissiyadadır və hazırda yenidən seçilmək üçün namizədliyi irəli sürülüb.
4 il əvvəl parlamentdə çıxışı zamanı o, baş nazir Nikol Paşinyanla heç vaxt şəxsən görüşmədiyini və hökumət başçısı ilə mümkün qohumluq əlaqələrindən xəbərsiz olduğunu bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: