"Si Cinpin dahi, Kim Çen In ən yaxşı, Putin isə çox ağıllıdır" - Tramp
!["Si Cinpin dahi, Kim Çen In ən yaxşı, Putin isə çox ağıllıdır" - Tramp "Si Cinpin dahi, Kim Çen In ən yaxşı, Putin isə çox ağıllıdır" - Tramp](https://azvision.az/photos/2023/04/Screenshot_20230412_121041_Chrome-1681287053.jpg)
“Bu insanlar öz oyunlarında ən yaxşısıdırlar. ABŞ-dakı şəxslər belə deyillər və heç vaxt belə olmayıblar”, - Tramp deyib.
Eyni zamanda o qeyd edib ki, Çin sədri Si Cinpini dahi, Şimali Koreya lideri Kim Çen Inı ən yaxşı, Rusiya prezidenti Vladimir Putini isə çox ağıllı hesab edir.
Ağ Evin keçmiş rəhbəri həmçinin vurğulayıb ki, ABŞ Rusiya ilə qarşılıqlı fayda üçün işləyə bilər, lakin demokratların 2016-cı ildə Moskvanın seçkilərə müdaxiləsi ilə bağlı başlatdığı araşdırma bunun qarşısını alıb.
“Onunla (red-Putinlə) çox yaxşı münasibətim var idi. Amma Rusiya ilə bağlı saxta araşdırma aparıldığı üçün əlaqələrimiz çox çətin oldu”.
Aytən Zəhra
AzVision.az
Teqlər: