"ABŞ seçkiləri ərəfəsində belə saxtakarlıqlar gözləniləndir" - Zaxarova

   "ABŞ seçkiləri ərəfəsində belə saxtakarlıqlar gözləniləndir" -    Zaxarova
  12 Aprel 2023    Oxunub:987
Pentaqonun məxfi materiallarının sızması ABŞ-da 2024-cü ildə yaxınlaşan prezident seçkiləri ilə bağlı ola bilər.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Sputnik" radiosunun efirində deyib.

“Amerikanın siyasi həyatında, bəlkə də çox da qısa deyil, lakin açıq-aşkar heyrətamiz bir zaman var. Buna "seçki" deyilir. Bu zaman heç bir məhdudiyyət olmadan heyran olmaq mümkündür. Orada belə şeylər olacaq, əvvəllər də orada belə şeylər olub”, - Zaxarova sızmalara münasibət bildirib.

Diplomatın fikrincə, ABŞ seçkiləri ərəfəsində “belə saxtakarlıqları” gözləmək lazımdır.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi məxfi sənədlərin sızması ilə bağlı cinayət işi başladıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti