Makron Niderlandda etirazlarla üzləşib

   Makron Niderlandda etirazlarla üzləşib
  12 Aprel 2023    Oxunub:1141
Niderlandda rəsmi səfərdə olan Fransa prezidenti Emmanuel Makron Avropada yaşıl sənaye ilə bağlı çıxışına başlayanda nümayişçilər iki pankart açaraq onun siyasətinə etiraz ediblər.
Nexus Tədqiqat İnstitutunda nümayişçilər üzərində “Zorakılıq və ikiüzlülük prezidenti”, “Fransa demokratiyası haradadır?” şüarları yazılmış pankartlar açaraq, İqlim konvensiyasının kənara qoyulduğunu və onun ikiüzlülük etdiyini bildiriblər.

“Küçələrdə milyonlarla nümayişçiləriniz var”,- deyə Etirazçılar ilin əvvəlindən Fransa hökumətinin pensiya islahatı ilə bağlı üzləşdiyi problemi xatırladıblar. Nümayişçilər yerli polis tərəfindən uzaqlaşdırılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti