İranda iki yüksək vəzifəli şəxs işini itirdi - FOTO

   İranda iki yüksək vəzifəli şəxs işini itirdi    - FOTO
  11 Aprel 2023    Oxunub:1427
İranın vitse-prezidenti Məsud Mirkazemi Dövlət Proqram və Büdcə Təşkilatının rəhbəri vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə Vergi İdarəsinin keçmiş rəisi Davud Mənzur təyin olunub. Mirkazemi isə həmin təşkilatda fəaliyyətini müşavir vəzifəsində davam etdirəcək.

Eyni zamanda Məhəmməd Cavad Sədatinejad kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Onun yerinə Baytarlıq Baş İdarəsinin rəisi Seyid Məhəmməd Ağamiri təyin olunub.

Bundan əlavə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Sadiq Həyatiyan İnnovasiyalar və Rifah Fondunun baş direktoru təyin olunub.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti