Ermənistanda əsgər valideynləri yolu bağladılar - FOTOLAR

Ermənistanda əsgər valideynləri yolu bağladılar    - FOTOLAR
  11 Aprel 2023    Oxunub:2405
Ermənistanda əsgər valideynləri etiraz aksiyası keçiriblər AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Şirak bölgəsindən olan hərbi məhbusların qohumları səhər tezdən Gümrü-Bavra yolunu bağlayıblar.

Onlar Bakıda cəza çəkən oğullarının ölkəyə qayıtmasını tələb edirlər. Məhbusların yaxınları bəyan ediblər ki, baş nazir Nikol Paşinyan 2 ildir onları aldadır.

"Baş nazir oğlanların qaytarılması üçün hər şeyin edildiyini desə də, bu günə qədər heç bir irəliləyiş yoxdur”, - valideynlərdən biri deyib.

"Artıq hökumət və ya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlərə ehtiyacımız yoxdur. Bizə oğullarımızın sağ-salamat olması lazımdır. Biz onlarla videobağlantı vasitəsilə danışırıq və görürük ki, 30 yaşlı oğlanlar hamısı 40-50 yaşlı kimi görünürlər. Biz daha gözləyə bilmərik”, - digər aksiya iştirakçısı qeyd edib.

Qeyd edək ki, bundan əvvəl əsgər valideynləri İrəvanda etiraz aksiyaları keçirmişdilər. Hətta onlar baş nazir Nikol Paşinyanla görüş tələbi ilə hökumət binası qarşısında gecələsələr də, ölkə rəhbəri etirazçıları qəbul etməyib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti