İrəvan Türkiyə sərhədində keçid məntəqəsini aktivləşdirir
![İrəvan Türkiyə sərhədində keçid məntəqəsini aktivləşdirir İrəvan Türkiyə sərhədində keçid məntəqəsini aktivləşdirir](https://azvision.az/photos/2023/04/default-1680775385.jpg)
Badasyan xatırladıb ki, diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin yaxın vaxtlarda açılması ilə bağlı razılıq əldə olunub.
"Biz indi digər dövlət qurumları ilə birlikdə bu sərhəd məntəqəsi ilə bağlı yekun qərar qəbul olunarsa, onu tezliklə aktivləşdirməyə hazırlaşırıq. Yəni orada müvafiq gömrük prosedurlarının həyata keçirilməsi üçün hazırlıq işləri aparırıq", - Badasyan deyib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: