Amerika gəmisi Tayvanda Çin gəmisinə yaxınlaşıb

Amerika gəmisi Tayvanda Çin gəmisinə yaxınlaşıb
  06 Aprel 2023    Oxunub:1060
Amerikanın “USS Nimitz” gəmisi Tayvan yaxınlığında Çinin “Şandunq” təyyarədaşıyan gəmisi ilə eyni ərazidə görüntülənib.
AzVision.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə naziri Qyu Qoçjen məlumat yayıb.

Nazir parlamentdəki çıxışı zamanı ABŞ-ın təyyarədaşıyan gəmisinin adanın şərqində 400 dəniz mili (740,8 km) kənarında müşahidə edildiyini bildirib.

Tayvan rəsmisi qeyd edib ABŞ gəmisinin məqsədi ona məlum deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin   Tayvan  





Xəbər lenti