Nəşrin məlumatına görə, 86 yaşlı siyasətçi çərşənbə günü pnevmoniya şübhəsi ilə Milanın "San Raffaele" xəstəxanasına yerləşdirilib. Qeyd olunur ki, bu, onun sonuncu dəfə təcili xəstəxanaya aparılmasından cəmi bir həftə sonra baş verib. Qəzetin yazdığına görə, Milandakı xəstəxanada Berluskoninin sümük iliyi də daxil olmaqla bir neçə analizlər götürülüb və geniş müayinə aparılıb.
"Corriere della Sera"nın yazır ki, sətəlcəm, ciddi ağciyər problemləri, bədənin ümumi zəifliyi leykemiyanın nəticəsi ola bilər.
Eks-baş nazir hazırda reanimasiya şöbəsindədir. Bununla belə, nəşr əldə etdiyi məlumatların mənbəyini göstərməyib. Hakim koalisiyaya daxil olan “İrəli, İtaliya” partiyasının liderinin vəziyyəti ilə bağlı nə həkimlərdən, nə partiyadan, nə də onun yaxınlarından rəsmi açıqlama gəlməyib.
Tural Tağıyev
AzVision.az