Rusiyanın Ermənistandakı XTQ-si dağda təlim keçirib

Rusiyanın Ermənistandakı XTQ-si dağda təlim keçirib
  06 Aprel 2023    Oxunub:827
Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasının xüsusi təyinatlı bölmələri növbəti dəfə təlim keçiriblər.
Rus hərbçilər qış təlimi dövrü üçün nəzarət yoxlaması zamanı Alagöz yüksək dağlıq poliqonunda şərti düşmənin diversiya-kəşfiyyat qrupunu məhv ediblər. xəbər verir ki. bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Ermənistandakı qırıcıları havaya qaldırdı
Qeyd edilir ki, rus hərbçilər qış təlimi dövrü üçün nəzarət yoxlaması zamanı Alagöz yüksək dağlıq poliqonunda şərti düşmənin diversiya-kəşfiyyat qrupunu məhv ediblər.

Bundan başqa xüsusi təyinatlılar "düşmən" diversiya-kəşfiyyat qrupunun cəmləşdiyi yerləri müəyyən etmək üçün naməlum ərazidə kəşfiyyat işləri də aparıb. Onlar kamuflyaj edilmiş komanda məntəqələri, radiostansiyalar və rabitə mərkəzlərini və sursat anbarlarını aşkar etmək üsullarını işləyib hazırlayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təlim   Ermənistan  





Xəbər lenti