Pələng tualetə gedən kişini yedi

Pələng tualetə gedən kişini yedi
  05 Aprel 2023    Oxunub:882
Hindistanda pələng işməyə gedən 22 yaşlı gəncə hücum edərək onu öldürüb.
Yırtıcının qurbanı Madhya-Pradeş ştatının Kumbhay kəndinin sakini olub. Mərhumun qalıqlarını səhər saatlarında qəsəbənin digər sakinləri aşkar edib. Pələng gecə saatlarında evdən çıxarkən gənc oğlana hücum edib. Yırtıcı qurbanın bədəninin yuxarı hissəsini demək olar ki, tamamilə yeyib.

Sonradan məlum olub ki, mərhum mərkəzi Hindistanın yoxa çıxan millətlərindən birinin nümayəndəsidir və təxminən beş il əvvəl Kumbhaya köçüb. Dərhal rayon icra administrasiyasının nümayəndəsi və Meşə Təsərrüfatı Departamentinin əməkdaşı hadisə yerinə gəlib.

Kumbhay kəndi Bandhavqarh pələng qoruğuna yaxındır. Yırtıcı çox güman ki, qəsəbəyə oradan gəlib.(Lent.az)




Teqlər:





Xəbər lenti