Putinin rəhbərliyi ilə Rusiya Təhlükəsizlik Şurasının müşavirəsi keçirilir

   Putinin rəhbərliyi ilə Rusiya Təhlükəsizlik Şurasının müşavirəsi keçirilir
  05 Aprel 2023    Oxunub:807
Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının müşavirəsi keçirilir.
AzVision.az xəbər verir ki, müşavirənin əsas mövzusu Rusiyanın yeni regionlarının (Ukraynanın işğal olunan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin-red) təhlükəsizliyi məsələsidir.

Müşavirədə həmin regionların başçıları əyani iştirak edir.

TŞ-nin üzvləri isə müşavirəyə onlayn formatda qoşulub. Putin qeyd edib ki, yeni regionların tezliklə ölkənin hüquqi məkanına inteqrasiyası üçün hər şey edilməlidir.

Onun sözlərinə görə, yeni regionlarda terror aktlarının hazırlanmasında üçüncü ölkələrin potensialından istifadə edilməsini güman etmək üçün bütün əsaslar var.

AzVision.az



Teqlər:





Xəbər lenti