Taksidən 1 kq-dan çox narkotik çıxdı

Taksidən 1 kq-dan çox narkotik çıxdı
  19 Sentyabr 2020    Oxunub:3438
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağdaş rayon sakini O.Məmmədovun taksi kimi idarə etdiyi “Hyundai” markalı avtomobil, sərnişini İ.Mustafayevlə birgə saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı oradan 1 kiloqram 62 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti