Aleksey Navalnı komadadır - VİDEO (YENİLƏNİB)

 Aleksey Navalnı komadadır -  VİDEO (YENİLƏNİB)
  20 Avqust 2020    Oxunub:14407
Zəhərlənmə şübhəsi ilə Omsk şəhərində xəstəxanaya yerləşdirilən Aleksey Navalnı komadadır.
Azvision.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter” hesabında yazıb.

Həkimlər müxalifət liderinin vəziyyətinin ağır olduğunu bildirirlər.



***
Omskda xəstəxanaya yerləşdirilən Aleksey Navalnı süni tənəffüs aparatına qoşulub.

Azvision.az xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnının mətbuat katibi Kira Yarmış bildirib.

Onun sözlərinə görə, xəstəxanaya polis çağırılıb.

Daha əvvəl məlumat verilib ki, Tomsk şəhərindən Moskvaya uçuş zamanı A. Navalnı özünü pis hiss edib və təyyarə Omska təcili eniş edib.

Mətbuat katibi onun zəhərləndiyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Navalnıy  





Xəbər lenti