Qadın şahmatçılarımız ermənilərə qarşı “vuruşur”

Qadın şahmatçılarımız ermənilərə qarşı “vuruşur”
  02 Noyabr 2019    Oxunub:2211
Şahmatçılarımız Batumidə keçirilən kişi və qadın idmançılardan ibarət komandalar arasında Avropa çempionatının sonuncu turunda mübarizəyə başlayıblar.
Azvision.az xəbər verir ki, qadın şahmatçılarımız Ermənistan təmsilçiləri ilə qarşılaşırlar. Günay Məmmədzadə Lilit Mkrtçyan, Xanım Balacayeva Elina Danielyan, Ülviyyə Fətəliyeva Mariya Gevorqyan, Gülnar Məmmədova Anna Sarqsyanla üz-üzə gəlirlər.

Kişilərdən ibarət komandamız isə sloveniyalı idmançılarla qarşılaşır. Arkadi Naydiç Luka Leniç, Rauf Məmmədov Yure Borisek, Qədir Hüseynov Matey Şebenik, Eltac Səfərli Yan Skubeljlə mübarizə aparırlar.

Azvision.az



Teqlər: Şahmat   Qadın   Batumi  





Xəbər lenti