Fransada etirazçılar nazirliyə hücum edib

   Fransada etirazçılar nazirliyə hücum edib
  06 Yanvar 2019    Oxunub:1993
Ötən gün Fransanın paytaxtı Parisdə "sarı jiletlilər"İn etiraz aksiyası zamanı Parlament İşləri üzrə Dövlət Nazirliyinin binasına hücum edilib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bir qrup şəxs nazirliyin giriş qapısını qıraraq içəri daxil olublar.

Etirazçılar nazirliyə məxsus iki xidməti avtomobilə ziyan vuraraq hadisə yerindən uzaqlaşıblar. Təhlükəsizlik qüvvələri hökumət sözçüsü Benjamin Griveauxu dərhal binadan çıxarıblar.

Azvision.az



Teqlər: Fransa   Paris  





Xəbər lenti