Bakıda və Sumqayıtda yanğın olub

Bakıda və Sumqayıtda yanğın olub
  07 Mart 2018    Oxunub:1402
Sumqayıtda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində quraşdırılmış elektrik sayğacları və 3 p.m çıxış kabelləri yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Həmçinin Bakının Yasamal və Binəqədi rayonunda da yanğın qeydə alınıb. Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin dəhlizinin lambirdən ibarət tavanı 12 m2 və dəhlizində quraşdırılmış şkaf və içərisindəki əşyalar 6 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər yanğın Binəqədi rayonunda baş verib. Beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin mətbəxində 5 m2 sahədə mətbəx mebeli yanıb, yüksək temperaturdan məişət texnikası və lambirindən ibarət tavan 9 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Bakı   Sumqayıt  





Xəbər lenti