Binəqədidə restoranda yanğın olub

Binəqədidə restoranda yanğın olub
  16 İyun 2017    Oxunub:1260
Bakının Binəqədi rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 120 m2 olan birmərtəbəli restoranının mətbəxində 4 m2 sahədə mebel yanıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m2 sahədə əriyib.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub, yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Binəqədi  





Xəbər lenti