Rusiyada azərbaycanlıların olduğu avtobus aşdı - 11 yaralı var

Rusiyada azərbaycanlıların olduğu avtobus aşdı - 11 yaralı var
  16 İyun 2017    Oxunub:2166
Rusiyadan Azərbaycana gələn və içərisində azərbaycanlıların olduğu avtobus aşıb.

AzVision.az-ın “Ria Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə Kalmıkiyanın Çernozemelski rayonunda baş verib.
Nijnı Novqoroddan Bakıya gələn avtobusun aşması nəticəsində 7-si uşaq olmaqla 11 Azərbaycan vətəndaşı xəsarət alıb. Onlar Komsomolsk rayon xəstəxanasına aparılıblar.

Qəzanın baş vermə səbəbi araşdırılır.

AzVision.az




Teqlər: Qəza   Rusiya  





Xəbər lenti