Ermənistanın müdafiə naziri: `Bizi rus hərbçilər qoruyur`

Ermənistanın müdafiə naziri: `Bizi rus hərbçilər qoruyur`
  22 Fevral 2017    Oxunub:2513
Ermənistanın müdafiə naziri Viqen Sarkisyan etiraf edib ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazası ölkənin təhlükəsizliyinin əhəmiyyətli hissəsini təşkil edir.

AzVision.az xəbər verir ki, erməni nazir bu barədə “RİA Novosti”yə müsahibəsində deyib. Viqen Sarkisyan dolayısı ilə deyib ki, Ermənistanın təhlükəsizliyini erməni hərbçilər yox, Gümrüdəki ruslar qoruyur.

O, həmçinin bildirib ki, məhz bu səbəbdən Ermənistan onun ərazisində hərbi bazanın müddətinin uzadılması ilə bağlı razılaşmanın təşəbbüskarıdır. Erməni nazirin sözlərinə görə, sazişin müddətinin uzadılması əvvəldən düşünüldüyü kimi nəinki keçmiş SSRİ-nin sərhədləri çərçivəsində təhlükəsizliyə cavab verir, həm də ümumilikdə Ermənistanın təhlükəsizliyinə cavabdehdir.

Sarkisyan bildirib ki, hazırda Gümrüdəki bazanın şəxsi heyətinin sayının artırılması məsələsi gündəmdə deyil: “Bazada şəxsi heyətin sayının və silah növlərinin artırılmasına gəldikdə, bu, taktika məsələsidir. Belə məsələlər lazım olduğu təqdirdə bir neçə saata həll olunur. Bunun üçün bütün qüvvələr və vasitələr var. Şəxsi heyətin artırılması heç vaxt məqsədsiz olmur. O, hər hansı konkret vəziyyətdə, konkret çağırışa cavab verməlidir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti