`Ermənistan Rusiyadan yeni silahlar alacaq ` - Müdafiə naziri

`Ermənistan Rusiyadan yeni silahlar alacaq ` - Müdafiə naziri
  22 Fevral 2017    Oxunub:2938
"Ermənistan silah alışı ilə bağlı Rusiya ilə dialoqu davam etdirəcək"
AzVision.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Ermənistanın müdafiə naziri Viqen Sarkisyan deyib.

Onun sözlərinə görə, son illər Rusiyanın hərbi-texniki potensialında artım dinamikası bu ölkə ilə əməkdaşlığı artırmağa sövq edir.

“Bir sıra məsələlər üzrə müqavilələr vaxtından əvvəl reallaşdırılır və bu sevindirici haldır. Biz Rusiya ilə silah alışı ilə bağlı dialoqu davam etdirəcəyik. KTMT çərçivəsində bizim silahları Rusiya ordusunun daxili qiymətlər ilə aldığımız və güzəştli kreditlərin olması nəzərə alınsa, təbii ki, belə əməkdaşlığın potensialı artır. Biz buna maraqlıyıq”, - deyə erməni nazir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti