Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə edib

Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə edib
  17 Fevral 2017    Oxunub:3877
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Münhendə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Xoqland (ABŞ) ilə görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə Qarabağ münaqişəsinin nizama salınması məsələsi müzakirə edilib.

Məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti