Terrorda ölənlərin sayı 55 nəfərə çatıb - Yenilənib

Terrorda ölənlərin sayı 55 nəfərə çatıb - Yenilənib
  17 Fevral 2017    Oxunub:2064
Bu gün Bağdadın cənubunda minalanmış avtomobilin partladılması nəticəsində həlak olanların sayı 55 nəfərə çatıb.

Əl-Cəzirə telekanalının yaydığı məlumata görə, hadisə zamanı daha 60 nəfər yaralanıb.

Terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

***
(18:48)

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda terror aktı törədilib.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, minalanmış avtomobilin partladılması nəticəsində 32 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti