ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəlir

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəlir
  15 Fevral 2017    Oxunub:2041
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda keçiriləcək Cənub qaz dəhlizi Məşvərət Şurasının iclasında ölkəsini təmsil edəcək.

AzVision.az xəbər verir ki, bu barədə Trend-ə ABŞ dövlət departamentindən məlumat verilib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 3-cü iclası 23 fevralda keçiriləcək.

Şuranın ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti