ABŞ Gürcüstanda hərbi baza tikəcək

ABŞ Gürcüstanda hərbi baza tikəcək
  11 Fevral 2017    Oxunub:1944
ABŞ Gürcüstanda hərbi hazırlıq mərkəzi tikəcək.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan müdafiə naziri Levon İzoriya ilə ABŞ-ın briqada komandiri Antonio Aqustonun Almaniyadakı görüşündə razılıq əldə edilib.

Mərkəz ABŞ-ın Almaniyadakı bazasına oxşar şəkildə inşa ediləcək.

“Bu çox iddialı bir plandır və bu il həyata keçirmək niyyətindəyik”, - Gürcüstanın müdafiə naziri bildirib.

Yaxın vaxtlarda A.Aqustonun tikintinin detallarını müzakirə etmək üçün Gürcüstana səfəri gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti