Trampa hamıdan çox ruslar güvənir - SORĞU

Trampa hamıdan çox ruslar güvənir - SORĞU
  09 Fevral 2017    Oxunub:2437
Dünyanın məşhur sorğu şirkətlərindən olan “İpsos Mori” 2017-ci ilin necə keçəcəyi ilə bağlı müxtəlif ölkələrin vətəndaşları arasında sorğu keçirib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə əhalisinin 46 faizi 2017-ci ilin əvvəlki illə müqayisədə yaxşı olacağını, 33 faizi qismən yaxşı olacağını, 21 faizi isə pis olacağını düşünür.

Türkiyə ilin yaxşı olacağını düşünənlərin sayının çoxluğuna görə 25 ölkə arasında 13-cü yerdədir. Sorğuda perulular 96 faiz və kolumbiyalılar 94 faiz səslə ilin yaxşı keçəcəyi ilə bağlı pozitiv düşünürək ilk pillədə qərarlaşıb.

Yaponların 54 faizi, fransızların isə 52 faizi hesab edir ki, 2017-c il pis keçəcək. Sorğuda iştirak edən insanların ABŞ-ın yeni prezidenti Donald Trampla bağlı fikirləri optimist deyil.

Respondentlərin 66 faizi ABŞ prezidentinin dünya üçün faydalı olmayacağını bildirib. Trampa ən çox ümid bəsləyənlər ruslar (74 faiz) və hindistanlılardır (65 faiz). Meksikalılar və Avropa ölkələrinin nümayəndələri isə Trampdan yaxşı heç nə gözləmirlər.

Donald Trampın preizdentliyinə dair sorğuda iştirak edənlərin 42 faizi onun postunu tərk etməsi ilə bağlı fəaliyyətinin araşdırılacağını, 34 faiz bunun mümkünsüzlüyünü söyləyib.24 faiz isə qərar verə bilməyib.



Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti