`Lapşinlə bağlı danışıqlar aparılmır` - Putinin sözçüsü

`Lapşinlə bağlı danışıqlar aparılmır` - Putinin sözçüsü
  08 Fevral 2017    Oxunub:2181
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Bakıya ekstradisiya olunan rus-yəhudi bloqqer Aleksandr Lapşinlə bağlı danışıqlar aparılmır.
AzVision.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Danışıqlar aparılmır, lakin Lapşinin qorunması üçün bütün mümkün hüquqi addımlar atılır”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin ötən gün Belarusdan Azərbaycana ekstradisiya edilib. Bloqqer 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti